Donald Trampın kürəkənindən azərbaycanlı rəssama dəstək

ABŞ-da yaşayan gənc azərbaycanlı rəssam İlqar Talıbovun əsərləri ilk dəfə olaraq Nyu Yorkda təqdim edilib.

Metbuat.az-ın məlumatına görə, Onun əsərləri Nyu Yorkun Hudson-street, 60 ünvanındakı məşhur binada təqdim olunub. Məsələnin maraqlı məqamlarından biri də budur ki, həmin sərgi ABŞ prezidenti Donald Trampın kürəkəni və məsləhətçisi Cared Kuşner tərəfindən təşkil edilib.

Ekspozisiyada Talıbovun kolleksiyasından qadınlara həsr olunmuş "Feminine Collection"dan 3 əsər təqdim olunub: "Egyptian Woman", "Miss Ronnie" və "Blue Woman".

Talıbov deyib ki, təşkilatçının təşəbbüsü ilə onun rəsmləri birbaşa binanın vitrinində yerləşdirilib. Bu da azərbaycanlı rəssamın əsərlərinin gəlib-gedən hər kəs tərəfindən görülə biləcəyi yerdir. Həmçinin əsərlərə rəssam haqqında informasiyalar da əlavə olunub.Sərgi iyulun sonuna qədər davam edəcək. 

METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR