Türkiyənin “Xəndək barrikada” təlim kursu uğurla yekunlaşıb.

Metbuat.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələri xüsusi təyinatlılarının İsparta İğdır Dağ Xüsusi Təlim Mərkəzi kursunun 5-ci mərhələsi tamamlanıb. Kursda Azərbaycandan 14, Türkiyədən 24, Şimali Kipr Türk Respublikasından 4 hərbçi olmaqla, ümumilikdə 42 könüllü hərbçi iştirak edib.

Kursun əsas istiqaməti isə kəndlərdəki evlərdə gizlənən terrorçuların məhvi olub.

Qeyd edək ki, 1926-cı ildə yaradılan İsparta İğdır Dağ Xüsusi Təlim Mərkəzində təşkil edilən kurs 6 mərhələdən ibarətdir. Kurs 18 avqustda tamamlanacaq.

Kəşmirdə atışma - 3 hind əsgəri öldü-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az