Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun rayonun Səmədabad kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan minik avtomobili aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 2 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.