Play Store

Qızılın sürətlə bahalaşması nə vəd edir? - Ekspert rəyi

Amerika fond bazarında Dow Jones indeksi 0,45% - 21 711,01 bəndədək, S&P 500 0,70% - 2 477,83 bəndədək, NASDAQ isə 0,16% - 6 422,75 bəndədək bahalaşıb.

Metbuat.az xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,24% - 7 452,32 bəndədək, Almaniya DAX-ı 0,33% - 12 305,11 bəndədək, Fransa CAC-40-ı isə 0,56% - 5 190,17 bəndədək artıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyasının qiyməti 13,30 dollar artaraq 1 268,90 dollara, gümüş isə 0,24 dollar bahalaşaraq 16,70 dollara satılıb.

“Bahalaşma uzunmüddətli olmayacaq”.

Bu sözləri Metbuat.az-a açıqlamasında iqtisadçı Qubad İbadoğlu deyib.

“Qızıl əhalinin çox istifadə etdiyi zinət əşyasıdır. Xüsusilə də yay aylarında toyların artması ilə əlaqədar qızıla tələbat da artır. Bu isə həmin ailələrin xərclərini artıracaq. Qızıl həm də yığım vasitəsidir. Bəzi insanlar pullarını qızıla çevirib saxlayırlar. Qızılın bahalaşması onların qızıla çevirdiyi vəsaitin dəyərinin artımını şərtləndirəcək. Azərbaycan qızıl istehsalçısıdır, amma qızıl ixrac etmir. Son dövrlərdə qızıl istehsalı aşağı düşüb. Lakin qızılın bahalaşması istehsalçı müəssisələrin gəlirlərini çoxaldacaq. Adətən bu tip məhsulların qiyməti davamlı şəkildə artır və müəyyən dövrdən sonra yenə də ucuzlaşaraq, əvvəlki vəziyyətinə qayıdır. Bahalaşmanın uzunmüddətli olacağını demək düzgün deyil”.

Qızıl bahalaşdı - 13 dollardan çox-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR