Bu qızı döydülər, binadan atdılar, yandırdılar...

27 yaşlı əfqan Fərhundə Zəhra qəddar üsullarla öldürüldükdən sonra yandırılıb.

Metbuat.az xəbər verir ki, buna səbəb onun 19 mart 2015-ci ildə bir məscidin qarşısında boyunbağı satan bir molla ilə mübahisəsi olub.

Onun içərisində dua yazıldığı, pislikləri qova biləcəyi iddia olunan boyunbağıları alan qadınlara, “Almayın bunları, belə şeylərə pul verməyin, İslamda bunun heç bir nümunəsi yoxdur, bu yalandır” deməsi bir qrup kişi tərəfindən döyülməsinə səbəb olub.

“Mən müsəlmanam və müsəlman quranı təhqir etməz” deyə fəryad etsə də, heç kim ona qulaq asmayıb.

Daşlar və çomaqlarla şiddətli şəkildə döyülən Fərhundə damdan aşağı atılıb, maşınla üzərindən keçilib və üstünə benzin tökülərək yandırılıb. Ən dəhşətlisi isə görüntülərin oradakı insanlar tərəfindən lentə alınması olub.

 Qeyd edək ki, Fərhundə ilahiyyat fakultəsinin məzunu idi, müəllimə olmağa hazırlaşırmış.


Arvadını izləmək üçün otağa gizli kamera qoydu və... - VİDEO-Baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR