Putin ABŞ-lı diplomatları qovur

Rusiya hökuməti Moskvadakı ABŞ diplomatlarının sayını azaldacaq.

Metbuat.az xəbər verir ki, sentyabrın 1-dən etibarən Moskvadakı ABŞ diplomatlarının sayı 455-ə endiriləcək. Bu isə yüzlərlə ABŞ diplomatik nümayəndəliyinin əməkdaşlarının geriyə dönməsi deməkdir. Kremlin sözçüsü Dmitri Pskov diplomatların qovulmasının Rusiya prezidenti Vladimir Putinin qərarı olduğunu deyib.

Qeyd edək ki, ABŞ-ın eks prezidenti Barak Obamanın hakimiyyəti illərində 35 rus diplomat geri göndərilmişdi.

Çinin hegemonluğu Yaponiyanı təşvişə saldı - ABŞ-a müraciət...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR