Gəncədə ev yanıb

Gəncə şəhəri, Kəpəz rayonunda yanğın qeydə alınıb.
Metbuat.az
Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda vətəndaşa məxsus ümumi sahəsi 110 m2 olan birmərtəbəli 4 otaqlı evin çardağının yanar konstruksiyaları 40 m2 və 2 otağın tavanı 20 m2 sahədə yanıb.
Evin qalan hissəsi və bitişik ev yanğından mühafizə olunub.
Yanğın saat 20:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR