"Şimali Koreyada minlərlə insan öləcək"

Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasına qarşı güc tətbiq etməyə hazırdır.

Metbuat.az-ın məlumatına görə, respublikaçı senator Lindsi Qrem yerli mediaya açıqlamasında belə deyib. O bildirib ki, Pxenyan qitələrarası ballistik raket proqramının inkişafını davam etdirsə, müharibə qaçılmaz olacaq:

" Şimali Koreyanı dayandırmaq üçün müharibə baş verəcəksə, bu onların ölkəsində olacaq. Münaqişə üzündən minlərlə insan öləcəksə burda deyil onların ölkəsində öləcək. Tramp bu sözləri mənim üzümə söylədi". 

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR