Yunanıstanda meşə yanğınları -

Yunanıstanın müxtəlif bölgələrində qeydə alınan meşə yanğınları davam edir.

Metbuat.az-ın məlumatına görə, iki gün əvvəl başlayan yanğınlar onlarla hektar meşə sahəsini külə çevirib. Təbii fəlakət daha çox paytaxt Afinanın cənub-şərq bölgəsi və Messeniya rayonunda fəsadlar törədib. Alov yaşayış məntqələrinə çatmaq üzrədir.

Bildirilir ki, yanğınsöndürənlər təbii fəlakətin qarşısını almaqda hələlik çətinlik çəkir. Güclü külək onların işinə əngəllər törədir. Təhlükə olduğundan yanğınların baş verdiyi bölgələrdəki bir neçə mərkəzi yol bağlanıb. 

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR