Ağdamda növbəti erməni təxribatı...

Azərbaycanın işğal altında olan Ağdam şəhərində qanunsuz olaraq arxeoloji qazıntı işləri aparılır.

Qazıntı işləri Ağdamın Şahbulaq qalasının şimal divarı ərazisində başlayıb.

Qazıntı nəticəsində 2-3-cü əsrə aid olduğu ehtimal edilən dolça aşkar edilib. Onun Şahbulaq qalasından 300 il əvvələ aid olduğu bildirilir.

Qeyd olunub ki, qazıntıları “Xankəndi Dövlət Universiteti”nin Tarix kafedrasının müdiri Vardqes Safaryan həyata keçirib. Arxeoloji ekspedisiyaya isə Hamlet Petrosyan adlı erməni başçılıq edib.

Hamlet Petrosyan bildirib ki, işğal altında olan Ağdərə ərazisi tarixi tapıntılarla zəngindir. O, qeyd edib ki, 3 il əvvəl bu ərazilərdə aparılan qazıntılar nəticəsində dəbdəbəli qəbirlər aşkarlanıb. // Azvision.az

Bakının mərkəzi prospektində tıxac - Avtomobil yanır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR