Play Store

BAKI: Ölüm saçan sərnişin avtobusu peyda oldu - VİDEO

Qapısı açıq vəziyyətdə sərnişindaşıma ilə məşğul olan sürücülər barəsində sərt tədbirlər görülsə də, problem həll olunmamış olaraq qalır.

Metbuat.az xəbər verir ki, dünən axşam saatlarında 39 nömrəli marşrut avtobusu dayanacaqdan tərpəndikdən sonra, bir neçə dayanacaq qapısı açıq şəkildə hərəkət edib. 

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən Bakı Nəqliyyat Agentliyinijn (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev belə hallara qarşı mütəmadi mübarizə aparıldığını bildirdi:

 “Əgər sərinləndirmə, havalandırma sistemləri yoxdursa, avtobusu qapısı açıq vəziyyətdə idarə etməsinlər. Bu, təhlükəli haldır. Belə hallarla bağlı dəfələrlə xəbərdarlıq məktubu da göndərmişik. Keçirilən görüşlərdə mütəmadi olaraq daşıyıcılara tapşırılır ki, avtobusu qapısı açıq vəziyyətdə idarə etməsinlər. Siz tərəfdən görüntülər lentə alınıbsa, həmin avtobusun səlahiyyətli şəxsinə təkrar xəbərdarlıq ediləcək. Bakı Nəqliyyat Agentliyi və Bakı Şəhər Yol Polisi İdarəsi qapısı açıq vəziyyətdə avtobus idarə edənlərə qarşı mübarizə aparır”.

NATO-nun Qarabağdakı hərbi bazasına hücum-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR