Erməni ordusunda yoluxucu xəstəlik yayıldı

Çirkli su Ermənistan ordusunda yoluxucu xəstəliklərin yayılmasına səbəb olub.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yerləşən Ermənistan ordusunun ən böyük problemlərindən biri də əsgərlərin içməli su ilə təminatındakı acınacaqlı vəziyyətdir.

Bu günlərdə Madagizdəki hərbi hissələrdən birinin cəbhə xəttindəki bölmələrinə içməli su çatışmazlığından çirkab sulardan istifadə edən əsgərlər arasında yoluxucu xəstəliklər yayılıb.

Karantin tədbirlərinin görülməsinə baxmayaraq, Aram Arekelyan adlı hərbi qulluqçunun səhhətində ciddi problemlər yaranıb və o, ağır vəziyyətdə Xankəndindəki hərbi hospitala yerləşdirilib.

Hadisə ictimaiyyətdən gizlədilsə də, qondarma “DQR” “kənd təsərrüfatı naziri” Aram Mxoyan, “ətraf mühit və təbii ehtiyatlar üzrə idarə rəisinin birinci müavini” Artur Qabrielyan və yerli “hərbi komandanlığın” iştirakı ilə hərbi hissələrin içməli su ilə təminatına dair fövqəladə toplantı keçirilib. //Trend

NATO-nun Qarabağdakı hərbi bazasına hücum - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR