ABŞ və Rusiya müharibəyə hazırlaşır?

ABŞ prezidenti Donald Tramp Rusiya, İran və Şimali Koreyaya qarşı imzaladığı yeni sanksiyalar barədə açıqlama verib.

Metbuat.az-ın məlumatına görə, Tramp yazılı bəyanatında qeyd edib ki, qanundakı məhdudiyyətlər Amerika xalqının rifahına yönələn müqavilələrin bağlanmasına imkan verməyəcək.

Moskva, Tehran və Pxenyanın aqressiv davranışlarına qarşı olduğu deyən Tramp bildirib ki, sanksiyalar barədə sənədi ölkəsinin milli birliyi naminə imzalayıb.

 “ABŞ Rusiyaya qarşı “Ticarət müharibəsi”nə başlayıb”.

Bunu Metbuat.az-a açıqlamasında millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.

“ABŞ-Rusiya münasibətlərinin gərginlik səviyyəsini “Soyuq müharibə” dövrü ilə müqayisə edirlər. Rusiyanın baş naziri Dmitri Medvedyev “Facebook” səhifəsində ABŞ-ın Rusiyaya qarşı addımlarını “İqtisadiyyat müharibəsi” kimi dəyərləndirdi. 2014-cü ilin əvvəllərində Rusiya ilə Ukrayna arasında Krımla bağlı gərginlik yarandıqdan sonra ABŞ-ın Rusiyaya qarşı sanksiyaları işə düşdü. Lakin həmin sanksiyalar ölkənin neft-qaz sənayesini əhatə etməmişdi. Rusiya əsas gəlirləri neft və qazdan əldə edir. Sanksiyaların Rusiyaya ən güclü təsiri ondan ibarətdir ki, hazırki sanksiyalar məhz neft-qaz sahəsini əhatə edir. Məqsəd odur ki, Rusiyanın Avropaya qaz satışını reallaşdırması alınmasın. Almaniya Rusiyadan ən çox qaz alan Avropa ölkəsidir. ABŞ-ın məlum sanksiyalarına görə Almaniya gərək Rusiyadan qaz almaqdan imtina etsin. Bu isə Almaniya iqtisadiyyatına ağır zərbədir. Məhz bu səbəbdən Almaniyada ABŞ-ın sanksiyalarına qarşı etirazlar var".

Vladimir Putinin Abxaziyaya səfəri gözlənilir.

"Rusiya sanksiyalarla bağlı adekvat addımlar atacağını səsləndirir. Avqustun 8-də Rusiya prezidenti Vladimir Putinin Abxaziyaya nümayişkaranə rəsmi səfəri olacağı haqda artıq məlumatlar yayılıb. Putinin separatçı rejimə səfər etməsi ABŞ-a çağırış kimi dəyərləndirilir. Onu göstərir ki, tərəflər bir-birinə qarşı istənilən təzyiq formasını işə salmağa hazırdır. Gərginliyin nəticə etibarilə müharibəyə gətirib çıxara biləcəyi inandırıcı deyil. Çünki hər iki tərəf nüvə dövlətidir. Müharibə olsa, tamamilə fərqli formada olacaq. Dünyanın müxtəlif guşələrində hər iki tərəf bir-birinin maraqlarına toxuna biləcək münaqişələrdən istifadə edə bilər. Onların bu yolla bir-birinə təzyiq göstərmə ehtimalı daha böyükdür".

Kiberhücum öz təsdiqini tapmayıb

"Təzyiq üsullarından biri də virtual aləmdə olan təsir üsullarıdır. Rusiyanın ABŞ-a qarşı təşkil etdiyi kiberhücum haqda məlumatlar yayılıb. Ancaq məlumatların nə dərəcədə dəqiq, səhih olması hələ ki, dəqiqləşdirilməyib. Rusiyaya birbaşa ittihamlar var. Məsələ hələ təsdiqini tapmayıb. Danılmaz fakt ondan ibarətdir ki, Rusiya ABŞ-a qarşı adekvat addımlar atacağını və addımların kəskin formada olacağını açıq şəkildə ifadə edir”.

"Kəpənək uşaq" növbəti dəfə əməliyyat olundu - FOTOLAR-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR