"Sahil" stansiyası bağlanır

Bakı metropoliteninin "Sahil” stansiyası bu ayın sonundan təxminən 1 illik təmirə bağlanacaq. 

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumatı təsdiqləyərək, "Sahil” metro stansiyasının təmir olunacağını deyib.

"Avqustun sonunda metro stansiyada təmirə başlanacaq. Təmirin hansı müddəti əhatə edəcəyi isə bilinmir".

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR