Play Store

ABŞ-Rusiya münasibətləri dünyanı hara aparır? - AÇIQLAMA

ABŞ-ın dövlət katibi Reks Tillerson Amerika Birləşmiş Ştatlarının (ABŞ) Rusiya ilə işləmək istədiyini bildirib.

Metbuat.az xəbər verir ki, Manilada ASEAN forumu çərçivəsində keçirilən görüşdə ABŞ dövlət katibi iki ölkə arasındakı fikir ayrılıqlarına görə əlaqələri kəsməyin mənasız olduğunu deyib. R.Tillersonun sözlərinə görə, o, ABŞ-ın Rusiya ilə münasibətlərini praqmatik görür və problemlər həll oluna bilər.

“Rusiya-ABŞ münasibətlərinin yaxın zamanlarda düzəlməsi mümkün deyil”.

Bunu Metbuat.az-a açıqlamasında politoloq Mübariz Əhmədoğlu deyib.

“Tillersonun dedikləri ritorikadır, sadəcə olaraq bəyanatdır. ABŞ-Rusiya münasibətlərində heç nə dəyişməyib, dəyişə də bilməz. Rusiyanın ABŞ-dakı qənimi ABŞ siyasi elitası, konqresmenləri, senatorları, mətbuatıdır. Onlar müntəzəm olaraq antirusiya əhval-ruhiyyəsini gücləndirməklə məşğuldurlar. Tramp o qədər güclü prezident deyil ki, ABŞ elitası ona inansın. Tillerson həmin görüşdən sonra bəyan etdi ki, ABŞ Rusiyanın ölkədən ABŞ diplomatlarını çıxarmasını cavabsız qoymayacaq. Yəni, ABŞ cavab olaraq ölkədən bir neçə Rusiya diplomatını çıxaracaq, Rusiya isə ABŞ diplomatlarını qovacaq. Yalnız ABŞ-da yeni prezident seçiləcəyi təqdirdə münasibətlərdə müəyyən irəliləyiş müşahidə etmək mümkün olar”.

PKK-ya qarşı əməliyyat başladı - Türkiyədə-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR