Hava daha 3 gün isti olacaq

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunur.

Metbuat.az xəbər verir ki, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edir.

Metbuat.az-a açıqlama verən Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova yaxın 3 gündə günəşli hava şəraitinin davam edəcəyini bildirib:

"Avqustun 10-nadək ölkə ərazisində isti hava şəraitinin davam edəcəyi gözlənilir. İstilərin pik nöqtəsi bu gün və sabah davam edəcək. Havanın temperaturunun hansı istiqamətdə dəyişəcəyi haqda açıqlama avqustun 9-da veriləcək”.

Azərbaycanda 3 gün dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ!-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR