Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti müşahidə olunur.
Metbuat.az xəbər verir ki, Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 25-26°, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Sahil, Şıxda 27-28° isti təşkil edir.
Metbuat.az-a açıqlama verən Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova yaxın 3 gündə günəşli hava şəraitinin davam edəcəyini bildirib:
"Günəş şüasının tam təsiri, cənub-qərb küləklərinin istiliyi nəticəsində avqust ayında havanın maksimal temperaturu bir qədər yüksək olur. Belə ki, bu gün və yaxın 3 gün ərzində ölkə ərazisində günəşli hava şəraitinin davam edəcəyi gözlənilir. Havanın temperaturu Bakıda 34-38 dərəcə, bölgələrdə isə 35-40 dərəcə, Naxçıvan MR-nın bəzi yerlərində 42 dərəcəyədək isti, dağlıq ərazilərdə isə 27-32 dərəcə isti təşkil edəcək".
Bakıda iş adamlarından "vergi" yığan "Trans"lar...- Polisdən sərt açıqlama-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az