Bakıda iş adamlarından "vergi" yığan "Trans"lar...

Son zamanlar Bakıda cinsi azlıq nümayəndələrinin müəyyən ərazilərdə nüfuz dairələri yaratmaları, quldurluq və xuliqanlıq əməlləri törətməsi ilə bağlı faktlara rast gəlinir.

Metbuat.az xəbər verir ki, Sabunçu rayon Bakıxanov qəsəbəsi R.Qənbərov küçəsində cinsi azlıq nümayəndəsi olan 2 nəfər 28 yaşlı iş adamı Ramal Rzayevdən quldurluq yolu ilə pul tələb ediblər. Həmin şəxslər R.Rzayevin üzərindəki 970 manat pulu götürərək uzaqlaşıblar. Zərərçəkmiş Ramal Rzayevin müraciəti əsasında polis araşdırmaya başlayıb. 

Məsələ ilə bağlı Metbuat.az-a açıqlama verən DİN-in KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İlham Babayev cinayət törədənlərin layiqli hüquqi qiymət aldığını bildirib:

“Cəmiyyətdə cinayət var və onunla mübarizə də aparılır. Belə qanun pozuntuları, cinayətlərlə üzləşən şəxslər ərazi polis orqanlarına şikayət etsinlər. Şikayətlər əsasında araşdırmalar aparılır, haqlı-haqsız tərəf müəyyən olunur, cinayət törədən tərəf öz cəzasına çatır. Cinsi azlıqlar arasında da cinayətə meylli olanları var, bu cür hərəkətlər törədirlər. Onlarla əlaqədar da lazımi tədbirlər görülür. Şikayət olduğu təqdirdə araşdırılır, onlara layiqli hüquqi qiymət verilir”.

CAVANLAŞDIRIR: Balıq spermasından krem - YENİLİK-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR