Qadın şahmatçılardan ibarət Azərbaycan millisi yoxlama matçı keçirəcək.

Metbuat.az xəbər verir ki, yığmamız Almaniya ilə qarşılaşacaq.

Avqustun 20-dən 26-dək davam edəcək görüşlər 5 lövhədə təşkil olunacaq. Bu yoxlama oyunu hər iki yığmanın qarşıdakı məsul yarışlara daha yaxşı hazırlaşmasına hesablanıb.

Görüşün baş hakimi FİDE dərəcəli Lütfiyar Rüstəmov olacaq. //Apasport.az