DİQQƏT: Bu yolda hərəkət 3 gün məhdudlaşdırılacaq

Aparılacaq təmir işləri ilə əlaqədar Sabunçu rayonu ərazisindəki Balaxanı-Binəqədi yolunda (Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti avqustun 8-dən etibarən qismən məhdudlaşdırılacaq.

Bu barədə Metbuat.az-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, avtomobil yolunda məhdudlaşdırma təmir işləri bitənədək - avqust ayının 11- nə kimi qüvvədə olacaq.

“Azəravtoyol” sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

Xəzərdə daha bir ölüm - 16 yaşlı gənc - Oxumaq üçün tıkla

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR