DİQQƏT: Mənzillərin kirayə qiyməti artacaq

Yay mövsümü ilə əlaqədar Bakıda daşınmaz əmlak bazarında nisbi sakitlik hökm sürür.

Metbuat.az xəbər verir ki, bazarda aktivliyin azalması evlərin qiymətinə təsir edib. Belə ki, daşınmaz əmlak bazarında iyun ayı ərzində 0.6 faiz azalma müşahidə olunub.  

“Sentyabrdan kirayə mənzil bazarında qiymətlərdə artım gözlənilir”.

Bunu Metbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib.

“Sentyabrda yeni dərs ilinin başlaması, regionlardan tələbələrin paytaxta gəlməsi ilə əlaqədar kirayə mənzillərin qiymətində artım müşahidə edilə bilər. Əsasən də universitetlərə yaxın kirayə mənzil bazarında bahalaşmanın olma ehtimalı daha yüksəkdir. Bakı şəhərinin kirayə bazarında qiymətlərin qalxmasına təsir edəcək ikinci əsas faktor isə aparılan söküntü işləridir. Cavid prospekti və ətrafında yerləşən ərazilərdə kirayə qiymətlərinin artma ehtimalı çox yüksəkdir. Kirayə mənzil bazarında ötən illə müqayisədə 20% civarında artım gözlənilir”. 

DƏHŞƏT: Bu görüntülər az öncə Parisdən gəldi - VİDEO / YENİLƏNİR-Oxumaq və baxmaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR