Play Store

Türkiyə siyasi sistemində dəyişikliklər gözlənilir - ƏRDOĞANDAN AÇIQLAMA

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) irimiqyaslı dəyişikliklərə ehtiyacı var”.

Metbuat.az-ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, AKP-də dəyişikliklər sayəsində ölkənin həm daxili, həm də xarici siyasətində artıq ciddi nəticələr əldə olunub.

Bununla belə, dövlət başçısı bildirib ki, hakim partiyanın tarixində ilk dəfə olaraq irimiqyaslı dəyişikliklərə ehtiyac var.

Xatırladaq ki, AKP 2001-ci il avqustun 14-də yaradılıb.

“Ərdoğanın açıqlaması gözlənilən idi”.

Bu sözləri Metbuat.az-a açıqlamasında siyasi şərhçi Vüqar Zifəroğlu deyib.

“Baş nazir dəyişikliyi, hakim partiyanın son qurultayı və Kabinetdə edilən müəyyən dəyişikliklərdən sonra AKP-də (Ədalət və İnkişaf Partiyası) əsaslı dəyişikliklərin ediləcəyi onsuz da, gözlənilirdi. Eyni zamanda qarşıdan seçkilər gəlir. Hakim partiya seçkilərə daha birləşmiş şəkildə çıxmağı qarşısına hədəf kimi qoyub. Nə qədər açıq şəkildə deyilməsə də, partiyanın daxilində əkstərəfli qüvvələr var. Tezliklə partiya daxilində təmizləmələrə start veriləcək. Daha işlək və daha çevik bir komandanın yaradılması planlaşdırılır. AKP (Ədalət və İnkişaf Partiyası) istədiyi nəticələri əldə etmək istəyirsə, dəyişikliklərə getməyə məcburdur”.

Peruda zəlzələ: 70 min nəfər ölü... - QANLI TARİX-Oxumaq üçün tıkla

 Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR