İŞİD terrorçu qruplaşması iki jurnalisti edam edib.
ANS PRESS-in məlumatına görə, bu barədə France Press xəbər agentliyi məlumat yayıb.
Xəbərdə bildirilir ki, İŞİD-in Liviyadakı döyüşçüləri iki tunis jurnalisti edam ediblər. Terrorçular özləri bu barədə açıqlama veriblər.
Terrorçular bildirirlər ki, edam edilənlər 2014-cü ilin sentyabrında itmiş Sofen Şurabi və Nadir Ktarindir.
Tunis hakimiyyəti hələlik jurnalistlərin edam edilməsini təsdiqləməyib.
Qeyd edək ki, İŞİD-çilər bundan əvvəl də amerikalı, fransalı və britaniyalı jurnalistləri də edeam etmişdilər. Onların başlarını kəsmişdilər.