"Salam taksi"də fırıldaqçılıq - Sənədlərinizi bu taksilərdə unutmayın!

Son zamanlarda Azərbaycanda taksi xidmətlərinin artması sevindirici haldır. Bu, rəqabət mühütünü yaradır və sərnişinlərin daha ucuz mənzil başına çatmasını təmin edir.

Amma bəzi taksi xidmətləri var ki, qazanclarının bol olmasına baxmayaraq xidmət səviyyələri çox aşağıdır. "Salam taksi"nin  *9933 xidmətinə düşmək müşkül məsələ olduğu kimi taksilərin gəlmə zamanı da çox vaxt yarım saatdan keçir.

Aşağıdakı şəklə fikir verin. Şəkil bu linkdən skrin edilib. (https://www.bakutaxi.info/taxi/salam-taksi)


Demək olar ki, rəy yazanlardan hər kəs narazıdır. Üstəlik burada çalışan operatorlar belə müştərilərlə normal danışmır. Hətta zəng edərkən o qədər kənar səslər gəlir ki, adam öz dediyini özü belə eşidə bilmir. 

Bütün bunlar bir yana qalsın, indi də bu xidmətdə fürsətdən istifadə halları yaşanır. 

Sifariş etdiyim taksi sürücüsü yol boyu siqaret çəkib, hansısa telefon aldığı qızdan danışıb zəhləmi tökdü. Bu taksidən enmək üçün dəqiqələrimi sayırdım. Mənzil başına çatanda düşmək üçün o qədər tələsdim ki, oturacağa baxmaq yadımdan çıxdı. Şəxsiyyət vəsiqəm cibimdən sürüşərək bu maşına düşüb. 15 gün durmadan zəng elədim. Hər dəfə daha çox pul ala bilmək üçün müəyyən bəhanələr deyirdi və gəlib çıxmırdı. Ofisə zəng etdim, *9933-ə düşə bilmək üçün yarım saat gözlədim. Axırda həmin taksini sifariş verdim ki, heç olmasa gəlsin sifarişlə pulunu verim. Mənə Bakının ən sonunda olduğunu dedilər. Elə bir yerdə ki, oradan mənim iş yerimə gəlmək rayona getmək qədər xərc tələb edirdi. 

Nəhayyət şəxsiyyət vəsiqəsi gəlib çıxdı, taksi sürücüsü yenə də yekəbaşlıq edib qalıq pulu dədəsinin malı kimi cibinə qoyub tərpəndi...

Dünyanın bütün ölkələrində taksi sürücüləri çox mədəni, hətta ən mədəni insanlar olur. Bizim taksilərdəki sürücülər  isə adətən kobud, müştərini saymayan, öz istədiyi mahnıya qulaq asan, özü istədiyi yolla gedən və s aşağı kefiyyətə məxsus olan adamlardan ibarətdir.

Yaxşı olardı ki, taksi xidmətləri işə qəbul etdikləri sürücülərin və digər işçilərin  mədəni səviyyəsini yoxlayıb, sonra işə götürsünlər. 

Əslində daha çox sözlər demək olardı. Amma görünən kəndə bələdçi lazım olmurmuş...

Bahadur Seyidov / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı