"Report" xəbər verir ki, bunu jurnalsitlərə Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev deyib.
"Həmçinin Cənub Qaz Dəhlizi layihəsini açılışında iştirak edən Bolqarıstan prezidenti olmağımdan da qürur duyuram. Azərbaycan ilə 1 milyard kubmetr qazın tədarükü barədə müqaviləni imzalayan prezident də mən olmuşam. Münasibətlərimizin yaxşılaşdırılması üçün gecə-gündüz işlədiyimə görə şadam. Bu gün Azərbaycanla Bolqarıstan arasında sıx dostluq münasibətləri mövcuddur, sız iqtisadi əməkdaşlıq qurulub", - R.Plevneliev bildirib.
Bakıda keçirilən Gənc Liderlər Forumu haqqında danışan sabiq dövlət başçısı tədbirin unikal olduğunu deyib. Onun sözlərinə görə, davamlı inkişaf gənc liderlər olmadan mümkün deyil.