Yaxın 2-3 gündə hava belə olacaq...

Yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.

Metbuat.az xəbər verir ki, atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 35-45% olacaq.

Metbuat.az-a açıqlama verən Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova əsasən zəif cənub-şərq küləyinin üstünlük təşkil edəcəyini bildirib:

“Yaxın 2-3 gün ərzində ölkə ərazisində sabit, yağmursuz, günəşli hava şəraiti müşahidə ediləcək. Zəif cənub-şərq küləyi üstünlük təşkil edəcək. Havanın temperaturunun gecə saatlarında 22-26, günorta saatlarında isə 31-36 dərəcə olacağı gözlənilir. Dağlıq ərazilərdə 25-30 dərəcə isti olacaq”.

DOLLAR qıtlığı, "28 May"-da şıdırğı "Qara bazar" - Nə baş verir?-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR