Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb

Çində 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malik süni intellekt hazırlanıb
10:35 22 Avqust 2017
Ölkə mətbuatı
A- A+

Çində süni intellekt əsasında hazırlanmış köməkçi sistem 0,05 saniyə ərzində klinik diaqnoz qoymaq qabiliyyətinə malikdir. Köməkçi sistem tərəfindən qoyulmuş diaqnoz həkimlərin tibbi rəylərinə 98% uyğun gəlir.

Xəstəliklərin müəyyənləşdirilməsi üzrə süni intellektin imkanları Cənubi Çin Universitetində təqdim edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, supermen adlandırılan diaqnostika sistemi böyük məlumatlar, super hesablama və süni intellekt texnologiyalarına əsaslanır. Sistem pasiyentin simptomlarını təhlil edərək avtomatik şəkildə tibbi rəy tərtib edir, bundan sonra optimal müalicə üsulu təklif edir. Həkim yalnız kompüter tərəfindən qoyulmuş diaqnozu təsdiq etməlidir.

Sistemin işlənməsinə məsul olan şəxslərdən birinin sözlərinə görə, sistemin işi on milyonlarla xəstəliklərin tarixçəsinin məlumatlarına əsaslanır, artıq 30-dan çox xəstəliyin diaqnoz modeli yaradılıb. Bütün “bulud” hesablamaları "Tyanhe" super hesablama sistemində aparılır. Böyük xəstəxanalarda keçirilmiş sınaqların nəticələrinə əsasən, sistem tərəfindən qoyulmuş diaqnozların dəqiqliyi ənənəvi diaqnozla müqayisədə 20% yüksəkdir.

Emil Hüseynov


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR