İraq ordusu Təlafərin azad olunması istiqamətində aparılan əməliyyatları davam etdirir.
Metbuat.az xəbər verir ki, əməliyyatların 3-cü günündə türkmən şəhəri olanTəlafərin qərbindəki terrorçu cəbhəsinin dəf edildiyi açıqlanıb.
Əməliyyatlar zamanı İran dəstəkli “Həşdi Şəbi” qruplaşmasına da zərbələr endirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Türkiyə “Həşdi Şəbi”nin Təlafərə girməsinə qarşı çıxır. Təlafər 2014-cü ilin iyunundan İŞİD nəzarətindədir və orada terrorçu qruplaşmanın təxminən 2 min üzvünün olduğu bildirilir.
| Cinayətdən sonra SİM kartı sındırıb atmısınız? - Polis sizi belə tapacaq...-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az