Şimali Koreya növbəti raket sınağı keçirib.

Metbuat.az xəbər verir ki, ABŞ və Cənubi Koreyanın birgə təlimlər keçirdiyi bir vaxtda 3 raket sınağı keçirməyə cəhd edən Şimali Koreya uğursuzluqla qarşılaşıb. Belə ki, sınaqlar müvəffəqiyyətsizliklə başa çatıb.

ABŞ ordusunun Sakit okean Hərbi Qüvvələr Komandirliyi Şimali Koreyanın Kanqvon şəhərindən atılan raketlərdən ikisinin havada, birinin isə havaya qalxdıqdan dərhal sonra uğursuzluğa düçar olduğu haqda açıqlama verib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In ABŞ-Cənubi Koreya birgə təlimlərinin ölkəyə hücum hazırlığı ilə bağlı olduğunu bildirib.

Texasda güclü qasırğa - 7 min türk...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az