“Selfie” çəkib paylaşan kişilər xəstədir

“Selfie” çəkib paylaşan kişilər xəstədir
05:11 9 Yanvar 2015
208 Sosial
Ölkə mətbuatı
A- A+

Amerikalı psixoloqlar "selfie" şəkillərini paylaşan kişilərlə bağlı rəyini açıqlayıb.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Ohayo Universiteti elma adamları ötən ilin əvvəllərindən sosial şəbəkə saytlarında dəb halını alan "selfie" (şəxsin özünü çəkdiyi) şəkilləri ilə bağlı yeni iddialarını açıqlayıblar.

Onların apardığı araşdırmalara əsasən, tez-tez “selfie” çəkib sosial şəbəkədə paylaşan kişilərdə psixoloji pozğunluqlar var. Onlar 18-40 yaş arası 800 kişi üzərində aparılan müşahidədədən sonra bu nəticəyə gəliblər.

Xatırladaq ki, ötən il Amerikan Psixoloqlar Dərnəyi rəsmi olaraq "selfie"nin və bu şəkilləri sosial şəbəkədə paylaşmağın ruhi pozğunluq əlaməti olduğunu açıqlamışdı. Bu psixi pozğunluq "selfitis" olaraq adlandırılır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=41&nid=318580

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR