İraqın Təlafər şəhərinin İŞİD nəzarətindən azad edilməsi istiqamətində aparılan əməliyyatlar davam etdirilir.
Metbuat.az xəbər verir ki, əməliyyatlar nəticəsində türkmən şəhəri olan Təlafərin 70%-nin azad olunduğu bildirilir. İraqın xarici işlər naziri İbrahim Əl-Cəfəri şəhərin tamamilə azad olunacağına ümid etdiyi barədə açıqlama verib.
Qeyd edək ki, əməliyyatların aparıldığı 6 gün ərzində 300-dən çox terrorçunun məhv edildiyi barədə məlumat yayılıb.
| Somalidə yaşayış məntəqəsinə hücum - 10 nəfər öldü-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az