TV-də kütləvi istefa: xəbərlər buraxılışı olmadı

TV-də kütləvi istefa: xəbərlər buraxılışı olmadı
05:36 9 Yanvar 2015
133 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə fəaliyyət göstərən telekanallardan birinin 15 jurnalisti istefa verib. ANS PRESS-in məlumatına görə, "+1" tele kanalı xəbər mərkəzi əməkdaşlarının istefa verməsi səbəbindən həmin axşam əsas xəbər buraxılışının yerinə kanalda sənədli film nümayişi olub.

“Türksat 3A”, “D-Smart”, “Digiturk” üzərindən yayım həyatına davam edən telekanal əməkdaşlarının istefa verməsinə onların əməkhaqlarını ala bilməməsi səbəb olub. İstefa verən işçilər uzun müddətdir maaşlarını ala bilmədiklərini, sığortalarının ödənilmədiyini və rəhbərlik tərəfindən müxtəlif vədlərlə aldadıldıqlarını deyiblər.

Bundan sonra xəbər deparetamentinin 15 əməkdaşı kütləvi şəkildə istefa verməyi qərarlaşdırıblar.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR