Bakıda kütləvi tikinti işləri aparılır.
Metbuat.az xəbər verir ki, son zamanlar Bakıda tikilən “göydələnlər” şəhərin görkəmini dəyişdiyi kimi, Bakının təbii havasına da təsirsiz ötüşmür. Pərakəndə, hesablanmamış planla tikilən binalar Bakıda təbii hava axının qarşısını alır, nəticədə bu, havanın həddindən artıq çirklənməsinə gətirib çıxarır.
“Binalar tikilərkən iqlim nəzərə alınmalıdır”.
Bu sözləri Metbuat.az-a açıqlamasında memar Feyzulla Miriyev deyib.
“Şəhər salarkən və ya yeni tikililər inşa edərkən Bakının iqlimi nəzərə alınmalıdır. Bu prinsipə əməl olunmadıqda binalar arasında hava burulğanı əmələ gəlir. Havasızlıq binaların hündür və ya alçaq olmasından deyil, relyefdən, landşaftdan asılıdır. Azərbaycan 4-cü iqlim zonasında yerləşir. Bu baxımdan da yay fəsli isti keçir. Şimal-qərb küləkləri çox güclü olur. Yaşayış binalarında əsas orientasiya cənub-şərq istiqaməti üzrə olmalıdır. Mənzil planlaşdırılmasında otağın hər 2 tərəfindən küləklənməsi təmin edilməlidir. Otağın sağ və sol tərəflərində pəncərə olarsa, sağ tərəfdə isti olanda günəş şüası həmin istiqaməti qızdırarkən, sol tərəfdə soyuma əmələ gələr. Binalar dövlət şəhərsalma kadastrı əsasında inşa edilməlidir. Binalar arasındakı məsafə göstəricisinə mütləq şəkildə əməl edilməlidir. Binaların bir-birinə çox yaxın olması etik baxımdan da düzgün deyil. Gecə işığı yandırarkən bir evin içərisindən digərinin görünməsi yolverilməzdir”.
| ABŞ dövlət katibi Trampa qarşı çıxdı - Qalmaqal-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az