Tez-tez selfie çəkən kişilər... psixopatlığa meyllidir?

Tez-tez selfie çəkən kişilər... psixopatlığa meyllidir?
06:19 9 Yanvar 2015
110 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikanın Ohio Dövlət Universiteti alimləri müəyyənləşdirib ki, çoxlu sayda selfie çəkib, bunu sosial mediaya paylaşan kişilərdə psixopatlığa meyllik ola bilər. Musavat.com-un verdiyi xəbərəgörə, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb. 18-40 yaşlarındakı 800 kişinin sosial mediadakı paylaşımlarını incələyən və onları psixoloji testdən keçirən alimlərə görə, onların anti-sosial davranışları selfieyə meyl etməyənlərə nisbətən daha çoxdur. 
 
Araşdırmalarını “Personality and Individual Differences” adlı jurnalda yayımlanan alimlər üzə çıxarıb ki, bu kişilərdə narsizm və aqressivlik əlamətləri də özünü göstərir. Onların fikrincə, bu tip şəxslər ünsiyyət problemi də yaşayır. 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/189820

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR