Rusiya-Azərbaycan münasibətləri strateji əməkdaşlıq səviyyəsində davam etdirilir.

Metbuat.az xəbər verir ki, Azərbaycan-Rusiya əlaqələri 1990-cı illərin əvvəllərində böhran vəziyyətində idi. Yeltsin hakimiyyəti açıq şəkildə Ermənistanı müdafiə edərək hər hansı konstruktiv dialoqdan söhbət belə aparmırdı.

Vladimir Putinin prezident postuna seçilməsi Azərbaycan-Rusiya münasibətlərinin nizamlanmasında mühüm rol oynadı. Məhz bundan sonra iki ölkə arasındakı münasibətlər yüksələn xətt üzrə inkişaf etməyə başladı.

“Rusiya-Azərbaycan münasibətləri bir-birilə sıx bağlıdır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında politoloq Adıgözəl Məmmədov deyib.

“Hər iki ölkənin prezidentləri dövlətlərarası münasibətlərin yüksək xətlə davam etdirilməsi barədə bəyanatlar verib və bu özünü əməli işlərdə də göstərir. Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinə qədər Rusiya-Azərbaycan münasibətlərində gərginlik yaşanıb. Lakin sonradan münasibətlər yüksələn xətlə davam etməyə başlayıb. Rusiya Azərbaycanın ən böyük iqtisadi partnyorudur. Azərbaycanın iqtisadi əlaqələrinin 50%-i Rusiyanın payına düşür. Orada güclü Azərbaycan diasporası fəaliyyət göstərir. Azərbaycan Müdafiə Nazirliyinin silah-sursat inventarının demək olar ki, 73%-i Rusiya hesabına təmin edilir. "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi istiqamətində Azərbaycan layihələrində Rusiyanın iştirakı var. Bakı-Novorossiysk neft kəməri vasitəsilə Azərbaycan neftinin bir hissəsi ixrac olunur. Rusiya siyasi rəhbərliyi bütün bəyanatlarında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyini bildirir”.

Çinlə Hindistan razılıq əazılıq əldə etdilər - Asiyada nəhənglərin savaşı...-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az