Əfqanıstanın paytaxtı Kabildə ABŞ səfirliyi yaxınlığında bankın girişində partlayış törədilib.

Metbuat.az xəbər verir ki, hadisə nəticəsində 5 nəfər həlak olub, 8 nəfər isə yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Canlı bombanın polis və əsgərləri hədəf seçdiyi bildirilir. Qeyri-rəsmi məlumatlara görə çox sayda polis və əsgər ölüb.

Partlayışla bağlı məsuliyyəti “Taliban” öz üzərinə götürüb.

Qeyd edək ki, BMT-nin açıqlamasına görə bu ilin birinci yarısında Kabildə törədilən partlayışlar nəticəsində 209 nəfər ölüb, 777 nəfər isə yaralanıb.

Binaların zəlzələyə davamlılığı - Qanun nə deyir?-Oxumaq üçün tıkla

Aytən Novruzova / Metbuat.az