Xarici işlər naziri Elmar Məmmədyarov Tacikistanın yeni təyin olunmuş səfirini qəbul edib.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, görüşdə səfir Soli Rüstəm etimadnaməsinin surətini nazirə təqdim edib.

S.Rüstəm ölkəsinin bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edərək, diplomatik fəaliyyəti müddətində ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E.Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Nazir Tacikistan Səfir Qəbul