Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Myanmadakı qətliamla bağlı BMT-nin baş katibinə zəng vurub.
Metbuat.az xəbər verir ki, BMT baş katibi Antonio Quterreş ilə telefon danışığı zamanı Ərdoğan, Myanmadakı böhranın dərinləşməsinin qarşısının alınması üçün səy göstərməyin vacibliyini vurğulayıb.
“Böhranın dərinləşməsinin qarşısının alınması üçün BMT-nin təcili müdaxiləsi və beynəlxalq ictimaiyyətin hərəkətə keçməsi həyati əhəmiyyət daşıyır”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Myanmanın Arakan əyalətində son 3 gün ərzində 3 min müsəlman qətlə yetirilib.
| Ərdoğana qarşı yeni siyasi hücumlar olacaq? - CANGÜDƏNLƏR məsələsi...-Oxumaq üçün tıkla |
Aytən Novruzova / Metbuat.az