Türklər erməni iddialarına qarşı

Türklər erməni iddialarına qarşı
07:16 9 Yanvar 2015
99 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə Böyük Millətlər Məclisi (TBMM) 1915-ci il hadisələri ilə bağlı lobbiçilik fəaliyyətlərini genişləndirməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, TBMM sədrliyi bunun üçün xüsusi plan hazırlayıb. TBMM-nin spikeri Cəmil Çiçək 1915-ci il hadisələri ilə əlaqədar olaraq məclisdəki xarici əlaqələr komitələrinin rəhbərləri ilə bir araya gəlib. Çiçəkin rəhbərliyi ilə baş tutan iclasda Avropa İttifaqı İnteqrasiya və Xarici İşlər Komissiyası rəhbərləri, Türkiyə Avropa İttifaqı müştərək parlament komissiyası rəhbəri və beynəlxalq parament assambleyalarının Türkiyə deleqasiya rəhbərləri iştirak edib.

Açıqlanan plana əsasən, “erməni soyqırımı” iddialarının 100-cü ili səbəbilə dünyanın bir çox ölkəsində erməni lobbisinin başladacağı hücumlara qarşı fəaliyyətlər nəzərdə tutulub. Bunun üçün Çiçək həmkarlarına məktub ünvanlayacaq.

“Tarixi hadisələrə tarixçilər, elm adamları qərar verməlidir. Müştərək komissiyanın fəaliyyətlərindən nəticə çıxana qədər parlamentlərdən qərar verilməsi doğru deyil.” – edyə C.Çiçək bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=318589

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR