Nazirlikdən “Report”a verilən məlumata görə, fond iş adamlarından intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması istiqamətlərində investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulunu məqsədəuyğun hesab edib.
Sahibkarlar bu gündən müvəkkil kredit təşkilatları vasitəsilə SKMF-yə müraciət edə bilərlər.
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, 172; Telefon: (012) 434-74-29; Faks: (012) 432-37-17; E-poçt: info@anfes.gov.az;