Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı

Bakıda səbrsizliklə gözlənilən qar evlərin istiliyini apardı
08:32 9 Yanvar 2015
185 Sosial
Ölkə mətbuatı
A- A+

Bakının bəzi ərazilərində istilik getmək üçün sanki, qarın gəlməsini gözləyirmiş. Mərkəzləşdirilmiş sistemdən istilik alan paytaxt sakinləri qarlı gündə soyuq dərdlərinə Milli.Az-la əlac etmək istəyiblər
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4042-60 ünvanında yerləşən 1-ci binada istilik sistemi işləmir. Xeyli müddətdir istilik ürəkaçan səviyyədə olmasa da, havalar soyuyandan sonra vəziyyət daha da çətinləşib. İstilik, demək olar ki, yoxa çıxıb.

“Azəristiliktəchizat” ASC-nin rəis müavini İlham Mirzəliyev Milli.Az-a açıqlamasında bildirdi ki, Qaraçuxur qəsəbəsində istiliklə bağlı problem ola bilməz.

Rəis müavininin sözlərinə görə, yeni qazanxana tikildiyindən abonentlər istiliyi yüksək səviyyədə ala bilir. Ola bilsin, şikayət olan binada daxili problemdir.

İ.Mirzəliyev əlavə etdi ki, abonentlər problem yarandığı zaman "Azəristiliktəchizat"a məlumat versin. Problem dərhal aradan qaldırılacaq. Qurum rəsmisi şikayət daxil olan ünvana da baxış keçirilib araşdırma aparılacağına söz verdi.

Gülər
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/317996.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR