Bakı. 10 sentyabr. REPORT.AZ/ Azərbaycan, İran və Rusiya prezidentlərinin növbəti zirvə görüşü Tehranda keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Astanada Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşü zamanı İranın dövlət başçısı Həsən Ruhani məlumat verib.
Ölkələrimiz arasında uğurlu layihələrin həyata keçirildiyini xatırladan İran Prezidenti bu baxımdan dəmir yolu layihəsini xüsusi vurğulayıb. Bildirib ki, bu dəmir yolu layihəsi beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyət daşıyır. Şimal-Cənub nəqliyyat dəhlizinin önəminə toxunan Prezident Həsən Ruhani Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığının regional və beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyətini qeyd edib. İran Prezidenti Azərbaycan, İran və Rusiya dövlət başçılarının növbəti üçtərəfli zirvə görüşünün Tehranda keçiriləcəyini bildirərək, Prezident İlham Əliyevi həmin tədbirə dəvət edib.