Dünyanı lərzəyə saldılar, mağaralarda gizləndilər - FOTO

Dünyanı lərzəyə saldılar, mağaralarda gizləndilər - FOTO
10:05 9 Yanvar 2015
85 Dünya
Ölkə mətbuatı
A- A+

Parisdə "Charlie Hebdo" satirik jurnalının redaksiyasına terror hücumu ilə bağlı tutulanların sayı artıq 9 nəfərə çatıb.
Fransanın DİN başçısı Bernar Kaznev bu barədə rəsmi bəyanat verib.
 
Milli.Az Le Figaro-ya istinadən bildirir ki, bir neçə şübhəlinin axtarışları davam edir. Onların arasında 34 yaşlı Səid Kuaşi ilk yeri tutur. Reyms şəhərində yaşayan, işsiz Səid Kuaşi jurnalın redaksiyasına hücumun təşkilatçılarından sayılır.
 
"Charlie Hebdo" jurnalına avtomatlar və qumbaraatanla silahlanmış üç terrorçunun hücumu nəticəsində 12 nəfər həlak olub, 10 nəfər yaralanıb. Həlak olanlar arasında jurnalın baş redaktoru Stefan Şarbonye və 4 tanınmış karikaturaçı rəssam da vardı.
 
Bu gün Fransa mediası jurnala hücumdan az sonra redaksiya binasında çəkilmiş fotoları dərc edib.
Terrorçuların qətlə yetirdikləri 42 yaşlı polis zabiti Əhməd Merabenin də fotoları yayılıb.
 
34 yaşlı Səid və 32 yaşlı Şərif Kuaşi qardaşlarının axtarışları davam edir.
Fransanın şimalındakı Korsidə xüsusi təyinatlı polis dəstələri axtarışlar aparırlar.
 
Terrorçuların sahəsi 32 min hektara bərabər Fore de Res meşəsində, mağaralarda gizləndikləri istisna olunmur.
 
Milli.Az
 







































































RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR