"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”

"Gazelli" şirkətinin hüquqşünası: “Yanğın zamanı heç kim xəsarət almayıb”
19:53 19 Sentyabr 2017
131 Ölkə
Ölkə mətbuatı
A- A+

"Gazelli" şirkətinə məxsus fabrikin ərazisində yanğın dəftərxana məhsulları - bröşurlar və kağız saxlanan anbarda baş verib".

Publika.az xəbər verir ki, bunu APA-ya "Gazelli Group" şirkətinin hüquqşünası Murad Əliyev deyib.

Şirkət nümayəndəsi bildirib ki, təxminən saat 15:00 radələrində anbar yanmağa başlayıb: "Birdən-birə tüstü qalxdığını gördük. Anbarda çoxlu kağız olduğu üçün alov qısa müddətdə bütün anbar ərazisinə yayıldı. Dərhal fabrikin bütün işçiləri təxliyə olundu. Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi cəlb edildi. Təxminən 1,5 saat ərzində yanğın tam söndürüldü".

M. Əliyev qeyd edib ki, yanğın nəticəsində heç kim xəsarət almayıb: "Yanğının baş vermə səbəbi araşdırılır. Bu barədə ictimaiyyətə məlumat veriləcək".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/213921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR