Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA

Səfirlikdə çalışmış azərbaycanlı icra başçısı ola bilər - GÜRCÜSTANDA
15:49 24 Sentyabr 2017
104 Digər
Ölkə mətbuatı
A- A+

Gürcüstanın hakim “Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası sentyabrın 24-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonun icra hakimiyyəti başçısı postuna namizədini rəsmən təqdim edib. Lent.az Report-a istinadən xəbər verir ki, hakim partiyanın deputatları Savalan Mirzəyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər bu gün Marneulidə olublar. Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə Marneuli rayonunda icra hakimiyyəti başçısı vəzifəsinə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Teymur Abbasovun (Temuri Abbazovi) namizədliyi irəli sürülüb. Namizd Teymur Abbasov çıxışında ona göstərilən etimadı doğruldacağını, Marneulinin inkişafına, azərbaycanlıların Gürcüstan ictimaiyyətinə və Avropaya inteqrasiyasını gücləndirməyə çalışacağını bildirib.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/284103

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR