Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi - FOTOLAR

Avtoxuliqanlıq edən taksi sürücüsü qəza törətdi - FOTOLAR
08:53 25 Sentyabr 2017
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakının Nəsimi rayonu ərazisində minik avtomobili ilə avtoxuliqanlıq edən sürücü qəza törədib.

Yol Patrul Xidməti əməkdaşlarının "Report"a verdiyi xəbərə görə, 1993-cü il təvəllüdlü Seymur Qurbanov taksi fəaliyyəti ilə məşğul olduğu "99-KL-905" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobil ilə Hüseynbala Əliyev küçəsində bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozub.

Bununla kifayətlənməyən sürücü nəqliyyat vasitəsilə işıqforun qırmızı işığından keçərək 1994-cü il təvəllüdlü Həmidov Əlsalamın idarə etdiyi "Changan" markalı avtomobilə çırpılıb. Nəticədə hər iki avtomobilə ciddi ziyan dəyib. "VAZ-2107"-nin sürücüsü S.Qurbanov YPX-nin əməkdaşları tərəfindən məsuliyyətə cəlb edilib. Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşları da gəlib.

Fakt araşdırılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/214522.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR