Qadına məxsus maşını qaçıran şəxs tutulub

Qadına məxsus maşını qaçıran şəxs tutulub
16:52 25 Sentyabr 2017
52 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 25 sentyabr. REPORT.AZ/ Bakıda qadına məxsus maşını qaçıran şəxs tutulub.
Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Belə ki, sentyabrın 22-də Nəsimi rayonu ərazisindən avtomobil qaçırılması barədə DİN-in “102 Zəng Xidməti Mərkəzi”nə məlumat daxil olub.
Hadisə yerinə gələn Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşları müvafiq araşdırmalar aparıblar. Müəyyən edilib ki, paytaxt sakini olan Səkinə Həsənovaya məxsus “Changan” markalı avtomobil saat 2 radələrində qaçırılıb.
Əməliyyat-axtarış tədbirləri nəticəsində DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən avtomobilin Siyəzən rayonu ərazisində hərəkətdə olması aşkar edilib və görülən tədbirlərlə avtomobil sürücü ilə birlikdə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla avtomobili qaçırmaqda şübhəli bilinən şəxsin Ucar rayon sakini, əvvəllər məhkum olunmuş Xəyal Kərimov olduğu müəyyən edilib.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/qadina-mexsus-masini-qaciran-sexs-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR