Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var

Kərkük qarışdı: türkmənlər peşmərgə ilə döyüşür - Ölənlər var
21:28 25 Sentyabr 2017
162 Dünya
Ölkə mətbuatı
A- A+

İraqın Tuzhurmatu bölgəsində əksəriyyəti türkmənlərdən ibarət olan "Haşdi Şabi" ilə peşmərgə arasında silahlı qarşıdurma yaşanıb.

Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Kərkükdə yaşayan türkmənlərin yaydığı məlumata görə, atışma zamanı 2 peşmərgə məhv edilib. Yaralıların olduğu bildirilir.

Bu arada İraq Türkmən Cəbhəsinin rəhbəri Ərşad Salehi sosial media hesabından olayla bağlı açıqlama verib:

"Söyləmişdik. Referendum çözüm deyil. Budur, az öncə silahlı türkmənlər ilə peşmərgə Tuzhurmatuda atışmaya başladı".


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214637.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR