Ağ Evdə TERROR HƏYƏCANI

Ağ Evdə TERROR HƏYƏCANI
09:53 26 Sentyabr 2017
70 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları prezidentinin baş qərargahı olan Ağ Evdə terror həyəcanı yaşanıb.

Publika.az xəbər verir ki, ABŞ-ın Gizli Kəşfiyyat İdarəsi əməkdaşları Ağ Evin yanında silahla dolu avtomobil aşkar edib.

Avtomobilin içində 9 ədəd silah, 3 bıçaq, silahsusdurucu və müxtəlif sursatlar olub.

Rəsmi açıqlamaya görə, hadisə ilə bağlı bir şübhəli şəxs nəzarətə götürülüb.

Açıqlamada qeyd olunur ki, şübhəli Müdafiə katibi Ceyms Mattis və Milli Təhlükəsizlik Agentliyinin direktoru Mayk Rocerslə görüşmək üçün Ağ Evə gedəcəyini söyləyib.

Faktla bağlı araşdırma aparılır.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/214679.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR