Lənkəran. 27 sentyabr. REPORT.AZ/ Lənkəran şəhərind gənc mühafizəçinin meyiti xidməti otağında aşkarlanıb.
"Report"un Cənub bürosunun məlumatına görə, hadisə Lənkəran Telekommunikasiya Qovşağının 4 saylı ATS-də baş verib.
Belə ki, idarənin mühafizəçisi, rayonun Şağlaser kənd sakini, 1990-cı il təvəllüdlü Elmir Cəbrayıl oğlu Şirəliyevin meyiti səhər saatlarında işə gələn idarənin əməkdaşları tərəfindən xidməti otağında tapılıb. İlkin ehtimallara görə, E.Şirəliyev ürəktutmadan ölüb.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.